Azərbaycanda 2020-də niyə ölüm sayı 20 min çoxdur?

GÜNDƏM bölməsi

21:52 - 21 Yanvar 2022

 Azərbaycanda 2020-də niyə ölüm sayı 20 min çoxdur?

2020-ci ildə Azərbaycanda son 85 ilin ən böyük ölüm sayı olub - 75 min 647 nəfər. 2020-ci ildə Azərbaycanda qeydə alınan ölüm hallarının sayı 2019-cu ilə nisbətdə 19 min 731 nəfər və ya 35 faiz artıb və bu, təkcə son illərdə və ümumən müstəqillik dövründə deyil, bütövlükdə Statistika Komitəsinin hesabatlarında ölüm göstəricisinin qeyd edilməyə başlandığı 1935-ci ildən bu yana bir il boyunca qeydə alınan ən böyük ölüm sayıdır. Görəsən 1 ildə təxminən 20 min ölüm sayının artımı nə ilə əlaqədardır?

Yenipress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə müzakirə açılıb.

Bildirilib ki, rəsmi rəqəmlərə görə, 2020-ci ildə Azərbaycanda koronavirusdan rəsmi 2 min 641 nəfər vəfat edib. 44 günlük 2-ci Qarabağ müharibəsi ərzində isə toplam 3 minə yaxın hərbçimiz şəhid olub, mülki şəxs həyatını itirib.

Diqqətçəkən məqamlardan biri də odur ki, vəfat edənlərin sayındakı artımdan hər iki səbəbdən baş verən ölümlərin sayını çıxanda da təxminən 15 minə yaxın artıq ölüm olduğu gözə çarpır. Ümumiyyətlə tibbi-elmi cəhətdən 15 min ölüm fərqini araşdıran olubmu? Həkimlər daha yaxşı bilər, nədir pandemiya dövründə ölümlərin səbəbi?” – Elnur Ağayev qeyd edib.

Xəbər xətti