Taliban qüvvələri İran hərbçisini əsir götürdü

DÜNYA bölməsi

17:54 - 27 Fevral 2023

 Taliban qüvvələri İran hərbçisini əsir götürdü

Əfqanıstanı idarə edən “Taliban” qüvvələri İran hərbçisini əsir götürüb.

Yenipress.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İrandan Əfqanıstan sərhədinə doğru qaçmağa cəhd göstərən qaçaqmal yük daşıyan İran avtomobili saxlanılıb. Avtomobildə İran vətəndaşları da olub.

İran İslam Respublikasının Sərhəd Qoşunları saxlanılan şəxslərin azad edilməsi üçün tədbirlər görür.

Yenipress.az

Xəbər xətti