Türkiyəli müğənni Bakıda 2 saata 300 min qazandı

MAQAZİN bölməsi

16:26 - 22 Yanvar 2023

 Türkiyəli müğənni Bakıda 2 saata 300 min qazandı

Türkiyənin məşhur müğənnisi Zeynəb Bastık dünən Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edib.

Yenipress.az Publika.az-a istinadla xəbər verir ki, konsertdən əvvəl media nümayəndələrinin suallarını cavablandıran müğənni Bakıya sevgisini dilə gətirib:

"Bir müddət öncə pilləkəndən yıxılıb onurğa sümüyümü qırdım. 1 ay yarım müalicə aldım yataqda. Bu, sağlıqdan sonra verdiyim ilk konsertimdir. Burda olduğumuz üçün çox sevincliyəm. Gördüyünüz kimi, ayaqdayam, konsert boyu mahnılar edib rəqs edəcəyəm. Musiqi heyətim və səhnə üçün çox darıxmışam. Hazırda özünü yaxşı hiss edirəm, sağlamlığıma qovuşdum, enerjim də yerindədir.

Azərbaycanı çox sevirəm, çox qonaqpərvər, mehriban və nəzakətlisiniz".

Türkiyə mətbuatının yazdığına görə, 29 yaşlı müğənni 2 saatlıq Bakı konsertindən 300 min dollar qazanıb.

Xəbər xətti