Erməni separatçıları Xocalıda məskunlaşır - Foto

GÜNDƏM bölməsi

15:46 - 31 Oktyabr 2022

 Erməni separatçıları Xocalıda məskunlaşır - Foto

Qarabağdakı separatçı rejim qanunsuz məskunlaşma işlərini davam etdirir.

Yenipress.az Musavat.com-a istinadən xəbər verir ki, bununla bağlı erməni mediası məlumat yayıb.

Məlumata görə, əsasən bu işlər Xocalı şəhərinin ərazisində aparılır. Erməni quldurların “Əsgəran rayonunun İvanyan icması” adlandırdığı Xocalı ərazisində “müharibə nəticəsində köçkün düşmüş sakinlər üçün yeni yaşayış massivinin tikintisi”nin davam etdirildiyi iddia olunur.

Qondarma rejimin oyuncaq “şəhərsalma nazirliyi”nin məlumatında görə, ərazi 2 və 4 otaqlı fərdi evlərdən ibarət olacaq. Hər fərdi evə 1200 kvadratmetr torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Məlumatda deyilir ki, ümumilikdə 107 ev tikilir, onlardan 86-sı Hayastan Ümumerməni Fondu, 21-i “artsax dövlət büdcəsi” hesabına maliyyələşdirilir. İlin sonunadək 60 yaşayış binasının tikintisinin başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur.

Göründüyü kimi, erməni həyasızlığı sərhəd tanımır. Xüsusən də Azərbaycan üçün çox həssas bir məntəqədə torpaq bölüşdürür, qanunsuz evlər tikirlər. İnanırıq ki, günün birində cavablarını alacaqlar.

Xəbər xətti