İlham Əliyevin maaşı 15 min, Rövşən Nəcəfin 13 min?

GÜNDƏM bölməsi

15:12 - 31 Avqust 2022

 İlham Əliyevin maaşı 15 min, Rövşən Nəcəfin 13 min?

SOCAR-dakı yüksək əmək haqqı "Təzadlar"a maraqlı məlumat daxil olub... Bildirilir ki, SOCAR prezidenti Rövşən Nəcəfin şirkətin idarəetmə və rəhbər vəzifəli şəxslərinin əmək haqlarına əlavələrin verilməsi və s. barədə 19 avqust 2022-ci il tarixli əmrinin icrası mübahisə doğurduğundan icrası təhlükə qarşısındadır.

Yenipress.az xəbər verir ki, bu barədə jurnalist Asif Mərzili yazıb.

“Hazırda PA-dan və NK-dan tapşırıq gözləyirlər. Ciddi narazılıq var. Necə ola bilər ki, Prezident İlham Əliyevin maaşı 15 min manat olsun, SOCAR prezidenti Rövşən Nəcəfin maaşı isə 13 min manat? İlham Əliyevin fəaliyyəti ilə Rövşən Nəcəfin əmək və vəzifə fəaliyyəti arasında 2 min manatlıq fərq var?” – deyə o bildirib.

Xəbər xətti