Polkovnik-leytenantın ölümü ilə bağlı - MN-dən açıqlama

GÜNDƏM bölməsi

15:00 - 19 Avqust 2022

 Polkovnik-leytenantın ölümü ilə bağlı - MN-dən açıqlama

11:23

Azərbaycan Silahlı Qüvvələrinin polkovniki dünyasını dəyişib.

Yenipress.az Unikal-a istinadən xəbər verir ki, hadisə İsmayıllı rayonunda baş verib. Belə ki, 1983-cü il təvəllüdlü polkovnik Seymur Ənvər oğlu Zülfüqarov ötən gün ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, S.Zülfüqarov Laçın rayonunda xidmət edirmiş. O, bir neçə gün öncə məzuniyyətə çıxıb.

***

Müdafiə Nazirliyi ehtiyatda olan zabitin vəfatı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunub ki, mətbuatda polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlunun xəstəlikdən vəfat etməsi ilə bağlı məlumat yayılıb.

MN-dən bildiriblər ki, S.Zülfüqarov hərbi xidmətdə olmayıb, ehtiyata buraxılıb.

Allah rəhmət eləsin!

Xəbər xətti