Prezident pilləkəndən düşə bilməyən xalq artistini qucağına götürdü – Video

GÜNDƏM bölməsi

23:56 - 17 Avqust 2022

 Prezident pilləkəndən düşə bilməyən xalq artistini qucağına götürdü – Video

Xalq artisti Müslüm Maqomayevin bu gün keçirilən 80 illik yubileyinə həsr olunmuş konsert proqramında maraqlı anlar yaşanıb.

Yenipress.az “Olay”a istinadla xəbər verir ki, “Yaşıl teatrda” gerçəkləşən tədbirdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib.

Gecədən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xüsusilə də ölkə başçısı ilə Maqomayevin xanımı, xalq artisti Tamara Sinyavskayanın videosu trend olub.

Həmin kadrlarda Prezident pilləkənlərdən düşməkdə çətinlik çəkən opera ifaçısını qucağına alaraq ona kömək edib.

Xəbər xətti