İranın Bakıdakı səfiri İsrailin Bakıdakı səfirini hədələdi - Foto

GÜNDƏM bölməsi

14:53 - 17 Avqust 2022

 İranın Bakıdakı səfiri İsrailin Bakıdakı səfirini hədələdi - Foto

İranın ərazi bütövlüyünə qarşı təxribat bizim qırmızı xəttimizdir.

Yenipress.az xəbər verir ki, bu sözləri İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin Salman Rüşdinin bıçaqlanması ilə bağlı tvitinə cavab olaraq bildirib.

“Dindən çıxmaq və Allahın peyğəmbərlərini təhqir etməyin şəriət hökmü var ki, onu sənin beynin dərk etməkdən acizdir.

Amma İranın ərazi bütövlüyünə qarşı təxribat qırmızı xəttdir ki, bunun acı nəticələrindən təkcə sən (avantürist oğlancığaz) deyil, həm də səni idarə edənlər də yaxşı xəbərdardır”, - Musəvi bildirib..

Qeyd edək ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik bir müddət öncə Salman Rüşdinin bıçaqlanması ilə bağlı Tvitterdə paylaşım edərək bu sözləri qeyd etmişdi: “İran məni də ölümlə təhdid edib”.

Xəbər xətti