Prezidentin bu gün açılışını etdiyi otel bu məmurundur

GÜNDƏM bölməsi

21:25 - 12 Avqust 2022

 Prezidentin bu gün açılışını etdiyi otel bu məmurundur

Bu gün İlham Əliyev və Mehriban Əliyeva Azərbaycanın gözəl təbiəti ilə məşhur İsmayıllı rayonunun Basqal kəndində “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər.

Yenipress.az xəbər verir ki, otelin kimə məxsus olmasını Həbib Müntəzir araşdırıb.

O bildirib ki, oteli “Kontinent İnşaat” MMC tikib:

“Bu şirkətin sahibi isə Əli Abdulhüseyn oğlu Hüseynovdur. Ə.Hüseynov Prezidentin işlər müdiri olmuş Oqtay Şahbazovun kürəkənidir. Əli Hüseynov həm də “Paşa” Sığorta şirkətində Direktorlar Şurasının üzvüdür.

Otelin Prezident Administrasiyasına məxsus olan [email protected] adlı rəsmi email domaini qeydiyyatdan keçirib. Füzuli Mahmudov Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sistem inzibatçısı, İT üzrə mütəxəssisdir”.

Xəbər xətti