Xədicə İsmayıl Qərbə üsyan etdi – İlginc səbəblər

SİYASƏT bölməsi

21:08 - 21 Yanvar 2022

 Xədicə İsmayıl Qərbə üsyan etdi – İlginc səbəblər

Xədicə İsmayıl Qərbə üsyan etdi. Heç vaxt inanmazdım ki, o, buna cəsarət edə bilər.

Yenipress.az-ın məlumatına görə bu barədə yazan xaricdə yaşayan jurnalist Elbəyi Həsənli X.İsmayılın almandilli "Zenith.me" saytına müsahibəndən həhs edib.

“Müsahibədə son dərəcə ilginc məqamlar var. Məsələn, Xədicə xanım deyir ki, mən İlham Əliyevi heç bir məsələdə müdafiə etmirəm, ancaq Qarabağ məsələsində o, sona qədər haqlıdır. Bu müharibə İlham Əliyevin yox, xalqın apardığı müharibədir. 600 min insan öz ölkəsində ermənilər tərəfindən qaçqına çevrilmişdi...

Xədicə xanım bildirir ki, İlham Əliyev rejiminin korrupsiya əməllərini ifşa etdiyinə görə o, həbs olunub. Daha sonra isə əfv edilib. Ona Azərbaycanı tərk etməyə icazə verilməyib. Sonra isə bu qadağa aradan qaldırılıb. Ancaq ona daha əvvəlki kimi Qərb təşkilatlarından dəvətnamələr göndərilməyib. Məlum olub ki, onun ermənilərlə bağlı dedikləri Qərbdəki ermənipərəst dairələrin xoşuna gəlməyib. Elə bu səbəbdən də ona göndərilən dəvətnamələrə son qoyulub.

Xədicə xanım deyir ki, mən elə düşürdüm, həbsdə olarkən məni korrupsiya ilə bağlı araşdırmalarıma və insan hüquqlarının müdafiəsinə görə müdafiə ediblər. Bəziləri isə mənə dedi ki, mən Qarabağ məsələsi ilə bağlı Ermənistana qarşı çıxış etmişəm. Buna görə də onlar çox təəssüf edirlər ki, həbsdə olduğum müddətdə məni müdafiə ediblər.

Xədicə xanım bildirir ki, Qərbdə Azərbaycanın mövqeyini müdafiə edən, onun problemə baxışını dilə gətirən kimsə yoxdur. Yalnız pul gücünə Azərbaycan öz mövqeyini kimlərəsə çatdıra bilir. Yəni bütövlükdə Qərbin ermənilərin tərəfini tutduğuna işarə edir...

Əkrəm Əylislinin “Daş yuxular” romanına toxunan Xədicə xanım deyir ki, Qərb yalnız bir tərəfdən belə yanaşma gözləməli deyil. Yəni ermənilərin də etiraf etməli günahları çoxdur. Ancaq onlar bunu etmirlər.

Müsahibədə Xədicə xanım vurğulayır ki, mənim nənəmin atası 1918-ci ildə Şamaxıda daşnaklar tərəfindən öldürülüb. İllər ötüb, mənim gələcək nənəm çox gözəl və intellektual bir kişi ilə ailə qurub. Ancaq sonra bir erməni qadın onun ərini yoldan çıxarıb. Yəni nənəmin erməniləri sevməmək üçün kifayət qədər əsası vardı. Ancaq o, bizlərə ermənilərə nifrət hissi aşılamadı. Əksinə, dedi ki, biz ermənilərlə münasibətlərimizi pisləşdirən əməllərdən çəkinməliyik. Axı biz sonda yenə də ermənilərlə bir yerdə yaşamalı olacağıq...”, - jurnalist qeyd edib.

Xəbər xətti