Həkim Qalib Əsədov Kanal S-də yayımlanan “Həkimcanlı” verilişində bir sıra maralı fikirlər səsləndirib.
Yenipress.az həmin verilişdən bəzi hissələri təqdim edir:
*Bizi əsəbiləşdirən yeganə varlıq biz özümüzük;
*Kimsə sizə qışqırırsa, bu sizin problemini deyil, bu, qarşınızdakı insanın səviyyəsinin aşağı olmasının göstəricisidir;
*Əgər, kimsə sizə haqsızlıq edirsə, bu, yenə də sizin günahınız deyil. Bu, qarşınızdakı adamın vicdan problemi ilə bağlıdır. O, sadəcə vicdansız adamdır;
*İstənilən emosional ağrı cəmi 12 dəqiqə çəkir. Ondan sonra yaşadıqlarımız bizim öz-özümüzə etdiyimiz təlqindir;
*Düşmənlərdən qisas olmağın yeganə yolu xoşbəxt olmaqdır;
*İstənilən çətinlik insanın inkişafı üçün stimuldur.
Daha ətraflı videoda: