Bakıda 27 yaşlı qadın əri tərəfindən öldürüldü

KRİMİNAL bölməsi

10:06 - 14 Mart 2022

 Bakıda 27 yaşlı qadın əri tərəfindən öldürüldü

Martın 13-də Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Ülviyyə Həsənova öldürülüb.

Xəzər Rayon Prokurorluğundan Yenipress.az-a verilən məlumata görə, ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Saməddin Həsənovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Saməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər xətti