Fransa və Almaniya hər iki tərəfin fikir ayrılıqlarına baxmayaraq, 2040-cı ilə qədər yeni döyüş tankının hazırlanmasına davam etmək barədə razılığa gəlib.
Yenipress.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Berlin və Paris hələ 2017-ci ildə Fransanın rəhbərliyi altında dəyəri təqribən 100 milyard avro dəyərində qiymətləndirilən qırıcının, həmçinin alman “Leopard 2” və fransız “Leclerc”i əvəz edəcək fransız-alman tankının birgə hazırlanması barədə razılığa gəlib. Fransa və Almaniya istehsalçıları işin sonrakı proseslərini bölüşdürmək barədə razılaşıb və bu ilin sonuna qədər ilk müqavilələri imzalamağı planlaşdırır”, - məlumatda deyilir.