Siyasətçi Aleksey Navalnının anası yenidən meyitxanaya buraxılmayıb və ölüm səbəbi müəyyən edilməyib.
Yenipress.az xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış deyib.
“İstintaq Komitəsi ana və vəkillərə Navalnının ölümü ilə bağlı istintaqın uzadıldığını bildirib. Onun daha nə qədər sürəcəyi məlum deyil. Ölümün səbəbi hələ də "müəyyən edilməyib", - o bildirib.
Qeyd edək ki, 16 fevralda 47 yaşlı Aleksey Navalnı cəzaçəkmə müəssisəsində qəflətən ölüb. Fevralın 17-də Navalnının anası koloniyaya gəlib, lakin ona siyasətçinin cəsədinin Salehard meyitxanasında olduğu bildirilib.