Səfir bəzi AB ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və sui-istifadə hallarına diqqət yetirsə, daha yaxşı olardı.
Yenipress.az xəbər verir ki, bunu Azərbaycan XİN-in rəsmi nümayəndəsi Ayxan Hacızadə jurnalistlərin həbsinə münasibət bildirən AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkoya X sosial şəbəkəsində cavab verərkən deyib.
“Azərbaycanın ən yaxşı dünya təcrübəsinə əsaslanan məhkəmə sisteminə müdaxilə yolverilməzdir”, - o bildirib.