İyunda neçə gün iş olmayacaq?

TOPLUM bölməsi

11:40 - 30 May 2023

 İyunda neçə gün iş olmayacaq?

İyunda qeyri-iş günlərinin sayı məlum olub.

Yenipress.az xəbər verir ki, qeyri-iş günlərinin sayı Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına əsasən müəyyənləşib.

İyunun 15-də Milli Qurtuluş Günüdür.

26 iyun Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramı günləridir.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, həftəsonları da daxil olmaqla, iyunda 12 gün iş olmayacaq.

Xəbər xətti


Digər xəbərlər