Gəncədə yol polisi bıçaqlandı

KRİMİNAL bölməsi

09:32 - 19 Fevral 2022

 Gəncədə yol polisi bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi verib.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Abdıyev Mürşüd sol qolunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstənin yarası tikilib, vəziyyətinin normal olduğu bildirilir. Qeyd edək ki, bıçaq xəsarəti alan şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşıdır.

Hadisə onun xidməti vaxtı baş verib.

Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti