Zahidan həbsxanasında 7 məhbus cinsi zorakılığa məruz qaldı

DÜNYA bölməsi

21:24 - 27 Fevral 2023

 Zahidan həbsxanasında 7 məhbus cinsi zorakılığa məruz qaldı

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan həbsxanasında aksiyalarda saxlanılan məhbuslara işgəncə edildiyi bildirilir.

Yenipress.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilir ki, məhbuslara işgəncə ilə saxta etiraf verməyə məcbur ediliblər.

“Onlardan saxta etiraf ala bilməyən hökumət məmurları 7 yeniyetmə məhbusa qarşı cinsi zorakılıq göstərib, onları təhqir ediblər”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, Zahidan şəhərinin sünni məzhəbli cümə imamı Moləvi Əbdülhəmid məsələ ilə bağlı hakimiyyəti sərt tənqid edib.

Cavid

Xəbər xətti