50 milyon Azərbaycan türkü birlik ola bilmir - Mehmetxanoğlu

DÜNYA bölməsi

20:23 - 27 Fevral 2023

 50 milyon Azərbaycan türkü birlik ola bilmir - Mehmetxanoğlu

Türkiyədə və xaricdə yaşayan Güney azərbaycanlı soydaşlarımız hər zaman, Quzey azərbaycanlıların yanında yer alır. Amma güneylilər qədər, quzeylilər də onları dəstəkləməlidir.

Bu sözləri Yenipress.az-a Güney Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Camal Mehmetxanoğlu deyib.

Onun sözlərinə görə, hər iki tərəf – Güney və Quzey azərbaycanlılar başlarına gələn faciəni dünyaya tanıtmaq üçün bir-biri ilə sıx əməkdaşlıq etməlidir.

“İzmirdə dekabr ayının 24-də Beynəlxalq Güney Azərbaycanlılarının İkinci Forumu keçirildi. Bu tədbirə beş nəfər quzeyli qatılmışdı. Hansı ki, İzmir şəhərində beş min Şimal azərbaycanlı yaşayır. 2000 min isə tələbə oxuyur. 21 Azərlə bağlı toplantılarda da həmçinin, çox az sayda quzeyli iştirak edir. Türkiyədə yaşayan Azərbaycan türkləri, şiə mollalarının təsiri ilə oradakı milli oyanışı ve mücadiləni görmürlər və ya görmək istəmirlər. Eyni şey haqqında da Şimali Azərbaycanda yaşayan soydaşlarımız haqqında deyə bilərəm. Bunun ən böyük səbəblərindən biri Güneydə yaşayan soydaşlarımızın öz milli kimliklərinin fərqində olmaması, şiəçiliyin və farslaşmanın təsirinə düşməsidir. Şimal Azərbaycandan olan bir yaxınım, bir vaxtlar mənə deyirdi ki, sən iranlılara niyə Güney azərbaycanlı deyirsən, onlar özlərini iranlı olaraq görür. Ola bilər, o haradasa haqlıdır. Digər bir yandan, Güney Azərbaycanda ciddi bir milli oyanış başlayıb və özünü türk hiss edənlərin sayı getdikcə artır. Milli mücadilə sırasına qatılanlar günbəgün çoxalır. Başqa səbəbləri də ola bilər, düşünmək, çözüm tapmaq lazımdır. Bu, bizim büyük şanssızlığımızdır. Çox heyif ki, 50 milyon Azərbaycan türkü bir çox səbəbdən birlik ola bilmir. Bunu bilim adamları, sosioloqlar araşdırmalı, çarə qılmalıdırlar”.

Vüsalə

Xəbər xətti