Çavuşoğlu misirli həmkarı ilə görüşdü

DÜNYA bölməsi

16:53 - 27 Fevral 2023

 Çavuşoğlu misirli həmkarı ilə görüşdü

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu misirli həmkarı Sameh Şükri ilə görüşüb.

Yenipress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Misir hökuməti və xalqı olaraq biz ürəkdən inanırıq ki, Türkiyə bütün bunların (zəlzələnin nəticələri ilə bağlı- Red) ən qısa zamanda öhdəsindən gələcək. Misir hər zaman Türkiyədəki qardaşlarının yanında olacaq. Bundan sonra əlaqələrimizin ən yaxşı səviyyəyə çatacağına inanıram”,- Şükri bildirib.

Yenipress.az

Xəbər xətti