Zelenskinin Krımla bağlı açıqlaması piardır - Puşilin

DÜNYA bölməsi

15:43 - 27 Fevral 2023

 Zelenskinin Krımla bağlı açıqlaması piardır - Puşilin

Ukrayna Prezidenti Vladimir Zelenskinin Krıma hücumla bağlı açıqlaması piardan başqa bir şey deyil.

Yenipress.az xəbər verir ki, bunu Donetsk separatçılarının rəhbəri Denis Puşilin deyib.

“Bu, daha çox piar, cəmiyyətin radikal hissəsi olan Ukraynanın silahlı birləşmələri üçün bir növ ruh yüksəkliyi yaratmaq cəhdidir. Bunun real fəaliyyətə çevrilməsi ehtimalı azdır”, - Puşilin bildirib.

Onun sözlərinə görə, Rusiya xüsusi əməliyyatı Ukraynanın həm Donbas, həm də Krım istiqamətində hücuma hazırlaşdığı vaxt başladı.

Yenipress.az

Xəbər xətti