Suriyada avtomobil minaya düşdü: 9 ölü, 2 yaralı

DÜNYA bölməsi

14:45 - 27 Fevral 2023

 Suriyada avtomobil minaya düşdü: 9 ölü, 2 yaralı

Suriyanın Həma əyalətində avtomobil minaya düşüb.

Yenipress.az xəbər verir ki, bu barədə “Əl-İxbariya” telekanalı məlumat yayıb.

“Əl-Mustariha kəndində (Səlamiyyə şəhərinin şərqində) avtomobilin minaya düşməsi nəticəsində 9 vətəndaş həlak olub, 2-si yaralanıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, mina əvvəllər İŞİD terror qruplaşmasının yaraqlıları tərəfindən yerləşdirilib.

Yenipress.az

Xəbər xətti