Türkiyədə daha bir güclü zəlzələ: binalar dağıldı, ölən var

DÜNYA bölməsi

14:33 - 27 Fevral 2023

 Türkiyədə daha bir güclü zəlzələ: binalar dağıldı, ölən var

14:09

Türkiyənin Malatya əyalətinin Yeşilyurt rayonunda 5,6 bal gücündə zəlzələ baş verib.

Yenipress.az xəbər verir ki, baş verən güclü zəlzələ dağıntılara səbəb olub.

Belə ki, ərazidəki bir neçə bina dağılıb.

Yeraltı təkanlar Kahramanmaraş, Adıyaman, Elazığ və başqa yaxın rayonlarda hiss edilib.

***

 

Türkiyənin Malatya şəhərinin Yeşilyurd rayonunda bu gün günorta saatlarında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 69 nəfər yaralanıb.

Bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.

Yenipress.az

Xəbər xətti