Sistan və Bəluçistan əyalətinin polis komandiri yenə dəyişildi

DÜNYA bölməsi

13:05 - 27 Fevral 2023

 Sistan və Bəluçistan əyalətinin polis komandiri yenə dəyişildi

Sistan və Bəlucistan əyalətində təhlükəsizlik şəraiti gücləndirilib və bu vilayətin polis qüvvələrinin komandiri dəyişdirilib.

Yenipress.az xəbər verir ki, bu haqda İran Polis Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.

İran Polis Qüvvələrinin baş komandanı Əhmədrza Radan fevralın 27-si Dostəli Cəliliyanı Sistan və Bəlucistan əyalətinin yeni polis komandiri təyin edib. Bundan az əvvəl Məhəmməd Qənbəri noyabrın ortalarında Sistan və Bəlucistan polis qüvvələrinin komandiri təyin edilmişdi

Qeyd edək ki, “Qadın, Həyat Azadlıq” etirazları başlayandan bəri ikinci dəfədir ki, Sistan və Bəlucistan polis qüvvələrinin komandiri dəyşdirilir.

Yenipress.az

Xəbər xətti