30 il sonra ilk: Səudiyyəli nazir Kiyevə getdi

DÜNYA bölməsi

12:33 - 27 Fevral 2023

 30 il sonra ilk: Səudiyyəli nazir Kiyevə getdi

Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Ukraynaya rəsmi səfər edib.

Yenipress.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Faysal bin Fərhan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. Zelenski bildirib ki, görüşün qarşılıqlı faydalı dialoquun daha da intensivləşməsinə yeni təkan verəcəyini gözləyir.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak görüşün uğurlu keçdiyini bildirib:

“Ukrayna Səudiyyə Ərəbistanından real yardım alacaq. Prezident Ofisi Ukraynaya 400 milyon dollarlıq yardım paketini rəsmiləşdirən iki sənəd imzalayıb: 100 milyon dollarlıq humanitar yardım, 300 milyon dollarlıq neft məhsulları”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı xarici işlər nazirinin bu ölkələr arasında diplomatik əlaqələrin qurulduğu 14 aprel 1993-cü ildən bəri Ukraynaya ilk rəsmi səfəridir.

Yenipress.az

Xəbər xətti