İranda həbsdə olan İspaniya vətəndaşı azad edildi

DÜNYA bölməsi

10:48 - 27 Fevral 2023

 İranda həbsdə olan İspaniya vətəndaşı azad edildi

Hökumət əleyhinə etirazlar zamanı İranda həbs edilən İspaniya vətəndaşı Anna Baneyra üç aydan sonra azadlığa buraxılıb.

Yenipress.az xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez məlumat yayıb.

Xose Manuel Albarez azadlığa buraxılan 24 yaşlı hüquq müdafiəçisinin ümumi vəziyyətinin qənaətbəxş olduğunu və artıq ölkəsinə qayıtdığını açıqlayıb.

Qeyd edək ki, Anna Baneyra 2022-ci ilin noyabrında İranda Məhsa Əmininin öldürülməsinə qarşı keçirilən ümumxalq etirazları zamanı həbs edilmişdi.

Yenipress.az

Xəbər xətti