İranda dollar kəskin bahalaşdı - Banklar boşalır

DÜNYA bölməsi

14:31 - 25 Fevral 2023

 İranda dollar kəskin bahalaşdı - Banklar boşalır

Fevralın 24-ü axşam saatlarında İranın azad bazarında 1 ABŞ dolları 54 min tümən təşkil edib.

Yenipress.az xəbər verir ki, həmçinin, 1 avro 57 min tümən, İngiltərə fund-sterlinqi isə 64 min 560 min tümənə satılıb.

İranın milli valyutasının xarici valyuta qarşısında dəyərinin davamlı ucuzlaşmasına görə, vətəndaşlar banklardan pullarını çıxarırlar.

Məlumata görə, iki həftə ərzində Ərdəbil əyalətində vətəndaşlar banklara qoyduğu 6 trilyon tümən pulu geri götürüblər.

Yenipress.az

Xəbər xətti