İranlı model həbslə hədələndi, ölkəni tərk etdi

DÜNYA bölməsi

20:06 - 24 Fevral 2023

 İranlı model həbslə hədələndi, ölkəni tərk etdi

Geyim markasının çəkilişlərinə qatılan iranlı model Neqziya "əxlaqsızlıq" sayılan fotolarına görə şallaq və həbs cəzasına məhkum ediləcəyilə hədələndiyi üçün ölkəsini tərk edib.

Yenipress.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Məlumata görə, Neqziya Tehranda incəsənət adamları ilə əməkdaşlıq edirdi. Həmin sənətçilərdən birinin tutulması nəticəsində Neqziyanın yarıçılpaq şəkilləri polisin əlinə keçib və polis istintaqa təqdim edib.

O, öncə Türkiyəyə viza alır, sonra Parisə yollanır və burada yaşamağa qərar verir.

İranlı model başına gələnləri Parisdə yaşayan vəkil vasitəsilə sosial media vasitəsilə yayıb.

Mediada yayılmış məlumatlar Fransanın daxili işlər nazirinin diqqətindən yayınmayıb və o, iranlı gənc modelin sığınacaq istəyinə təcili olaraq müsbət cavab verilməsi üçün aidiyyatı qurumlara ünvanlanmış tvit atıb.

Xəbər xətti