Rusiya Ermənistandakı hərbi mövcudluğunu özü gözdən salır - Ayrumyan

DÜNYA bölməsi

22:00 - 24 Fevral 2023

 Rusiya Ermənistandakı hərbi mövcudluğunu özü gözdən salır - Ayrumyan

İrəvanın AB missiyasına ev sahibliyi etmək qərarı Rusiyanın Cənubi Qafqazda, xüsusən də Ermənistanda monopoliyasının sonu ola bilər.

Yenipress.az xəbər verir ki, bunu erməni siyasi şərhçisi Naira Ayrumyan deyib.

"Missiya göstərdi ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu “gil ayaqları olan nəhəng”dir. Gümrüdəki hərbi baza və Erebuni hava limanında bir neçə min rus hərbçisinin, eləcə də, Ermənistanda Rusiya sərhəd qoşunları FTX-nin və Qarabağdakı rus sülhməramlı kontingentin olmasına baxmayaraq, Moskva dəfələrlə bəyan edib ki, 100 avropalı müşahidəçi Kremli Cənubi Qafqazdan sıxışdırıb çıxara bilər. Rusiya XİN-nin özü Ermənistandakı hərbi mövcudluğunu gözdən salır”, - o bildirib.

Ayrumyan qeyd edib ki, AB missiyasının fəaliyyəti yalnız Rusiya ilə gizli şifahi razılaşmaları pozur:

“Rusiyanın missiyaya etiraz etmək üçün heç bir hüquqi əsası yoxdur, əks halda onları təqdim etməkdən çəkinməzdi. Üçtərəfli bəyanat Qarabağa və Rusiyanın FTX-si tərəfindən idarə edilməli olan mümkün kommunikasiyalara aiddir. Nə qədər ki, bu kommunikasiyalar mövcud deyil, avropalı müşahidəçilərin iştirakı üçtərəfli bəyanata aidiyyatı ola bilməz. Ermənistanın sərhədlərinin mühafizəsi haqqında sazişə gəlincə, Rusiya sərhədçiləri “SSRİ-nin xarici sərhədlərini”, yəni Türkiyə və İranla sərhədi qorumalıdır. Azərbaycanla yeni sərhəd onların yurisdiksiyasında deyil”.

Yenipress.az

Xəbər xətti