İran BMT-də Rusiyaya qarşı qətnaməyə səs vermədi

DÜNYA bölməsi

16:49 - 24 Fevral 2023

 İran BMT-də Rusiyaya qarşı qətnaməyə səs vermədi

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası fevralın 23-də səs çoxluğu ilə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə uyğun olaraq Ukraynada “hərtərəfli, ədalətli və davamlı sülhün” yaradılmasına çağıran qətnamə qəbul edib.

Yenipress.az xəbər verir ki, 141 lehinə, 7 əleyhinə və 32 bitərəf səslə assambleya Ukraynanın təqdim etdiyi və sülhün vacibliyini vurğulayan mətni dəstəkləyib.

İran, Çin və Hindistanın adı bu qətnaməyə bitərəf qalan ölkələr arasındadır.

Şərhçilər İranın Rusiyaya qarşı qətnamənin əleyhinə səs verməməsini Tehran rejiminə qarşı artan beynəlxalq təzyiq və İranın bunu yüngülləşdirmək cəhdləri ilə bağlı olduğunu deyirlər.

Yenipress.az

Xəbər xətti