AB İranın Almaniya vətəndaşı barədə ölüm hökmünü pislədi

DÜNYA bölməsi

15:12 - 24 Fevral 2023

 AB İranın Almaniya vətəndaşı barədə ölüm hökmünü pislədi

Avropa Birliyi İran hökumətinin İran əsilli Almaniya vətəndaşı Cəmşid Şarməhd barədə çıxardığı edam hökmünü pisləyib.

Yenipress.az xəbər verir ki, AB-nin bəyanatında Avropa ölkələri vətəndaşlarının İranda həbsi kəskin tənqid edilib.

Bununla yanaşı AB vurğulayıb ki, birlik Almaniya ilə kordinasiyalı şəkildə Şarməhdin edam cəzasının ləğv edilməsi istiqamətində sıx əməkdaşlıq edəcək.

Qeyd edək ki, 67 yaşlı Şarməhd Almaniya vətəndaşıdır. 2003-cü ildən Kaliforniyada yaşayıb. 2020-ci ilin iyul ayında Yaxın Şərqə səfər edərkən İran təhlükəsizlik məmurları tərəfindən qaçırılaraq İrana köçürülüb və fevralın 21-də edam cəzasına məhkum edilib.

Yenipress.az

Xəbər xətti