Buna görə Çinə etibar etmirik -Stoltenberq

DÜNYA bölməsi

14:36 - 24 Fevral 2023

 Buna görə Çinə etibar etmirik -Stoltenberq

NATO Çinə Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatını pisləmədiyi üçün etibar etmir.

Yenipress.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“NATO-nun Çinə o qədər də inam yoxdur. Çünki onlar Rusiyanın işğalını pisləməyiblər. İşğaldan əvvəl Rusiya ilə sərhədsiz dostluq müqaviləsi imzalayıblar”.

Qeyd edək ki, Çin Ukraynadakı münaqişənin həlli ilə bağlı 12 bənddən ibarət plan dərc etmişdi. ABŞ tərəfi artıq sözügedən sülh planını rədd edib.

Yenipress.az

Xəbər xətti