İranda dərman böhranı gözlənilir

DÜNYA bölməsi

13:21 - 24 Fevral 2023

 İranda dərman böhranı gözlənilir

Bu ilin payızında baş verən böhrandan və antibiotik, asetaminofen kimi dərman qıtlığından sonra başqa dərmanlarında tapılmayacağı barədə fikirlər səsləndirilir.

Yenipress.az xəbər verir ki, Tehran Əczaçılar Birliyinin rəhbəri Həmid Xoyi dərman çatışmazlığı böhranı barədə növbəti dəfə çıxış edib.

Onun sözlərinə görə, dərman tədarükü üçün nəzərdə tutulan büdcə azdır və bu büdcə dərman bazarının yarısını belə əhatə etmir.

İranın Ərzaq və Dərman Təşkilatının rəhbəri Heydər Məhəmmədi iki növ dərman çatışmazlığının aradan qaldırılacağı ilə bağlı vədlər versə də, başqa dərmanların təmimatı barədə fikir bildirməyib.

Yenipress.az

Xəbər xətti