Kişida Zelenskini G7-yə dəvət edəcək

DÜNYA bölməsi

14:47 - 20 Fevral 2023

 Kişida Zelenskini G7-yə dəvət edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida Ukrayna Prezidenti Vladimir Zelenskini fevralın 24-də onlayn keçiriləcək G7 ölkələri liderlərinin görüşündə iştirak etməyə dəvət edəcək.

Yenipress.az xəbər verir ki, bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, qarşıdakı görüşdə Rusiyaya sanksiya təzyiqinin saxlanması və Kiyevə yardımın davam etdirilməsi məsələləri müzakirə ediləcək.

Yenipress.az

Xəbər xətti