İranda həbs olunan xristianların sayı ikiqat artdı

DÜNYA bölməsi

13:49 - 20 Fevral 2023

 İranda həbs olunan xristianların sayı ikiqat artdı

2022-ci ildə İranda 134 xristian həbs edilib, bir il əvvəl isə bu rəqəm 59 idi.

Yenipress.az xəbər verir ki, bu barədə xristianların hüquqlarını müdafiə edən dörd təşkilat – Açıq Qapı, Xristian Həmrəyliyi, Article 18  və Yaxın Şərq Konserni Təşkilatının illik yekun hesabatında məlumat verilib.

“2022-ci ildə xristianların məhkumluq sayı əvvəlki illə müqayisədə iki dəfə artıb. Parkinson xəstəsi olan 64 yaşlı xristian və həyat yoldaşı, evlərində dini mərasimlər keçirdən daha iki xristian 10  il həbs cəzasına məhkum edilib”, - məlumatda bildirilib.

Yenipress.az

Xəbər xətti