İranda məcburi hicab qaydaları sərtləşdirilir

DÜNYA bölməsi

13:02 - 20 Fevral 2023

 İranda məcburi hicab qaydaları sərtləşdirilir

İranda aylardır davam edən etiraz aksiyalarının bir az səngiməsindən sonra Tehran rejimi yenidən məcburi hicab qaydalarının sərtləşdiriləcəyi barədə açıqlamalar verib.

Yenipress.az xəbər verir ki, bu barədə İbrahim Rəisinin müavini Məhəmməd Dehqan xəbərdarlıq edib.

O, hicabın İran hakimiyyəti üçün misilsiz dəyər olduğunu deyib və bununla bağlı geri addım atmayacaqlarını bildirib.

Dehqan məcburi hicab qaydalarına riayət etməyənlərin xarici qüvvələrin əlaltısı olduqlarını iddia edib və onlara qarşı ölçü götürüləcəyini vurğulayıb.

Yenipress.az

Xəbər xətti