Avstraliyalı alimlər girov götürüldü

DÜNYA bölməsi

12:29 - 20 Fevral 2023

 Avstraliyalı alimlər girov götürüldü

Avstraliyanın Cənubi Kvinslend Universitetinin professoru və iki aspirantı Papua-Yeni Qvineyada tutulub.

Yenipress.az xəbər verir ki, bu barədə ABC yayım korporasiyası məlumat yayıb.

Məlumata görə, bir qrup avstraliyalı alim dağlıq bölgənin ucqar yaşayış məntəqələrindən birində (ölkənin mərkəzi regionunda, paytaxtı Port-Morsbidən 530 km şimal-qərbdə yerləşir) silahlı şəxslər tərəfindən girov götürülüb. Yerli təhsil proqramının koordinatoru tədqiqatçılarla birlikdə tutulub. Onların azadlığa buraxılması üçün pul tələb olunur.

Yenipress.az

Xəbər xətti