Vasif Talıbovun prokuror qardaşının yerinə təyinat

TOPLUM bölməsi

16:17 - 30 Dekabr 2022

 Vasif Talıbovun prokuror qardaşının yerinə təyinat

Naxçıvan Muxtar Respublikasına yeni prokuror müavini təyin olunub.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Sənan Paşayev Naxçıvan MR prokurorunun müavini təyin olunub.

Sənan Paşayev indiyədək Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Baş Prokurorluğun mətbuat xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

M.Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.

Xəbər xətti


Digər xəbərlər