Vasif Talıbovla bağlı polislərə göstəriş verildi

TOPLUM bölməsi

16:29 - 19 Dekabr 2022

 Vasif Talıbovla bağlı polislərə göstəriş verildi

Naxçıvan MR Ali Məclisinin sədri Vaqif Talıbovun şəxsi evinin polislər tərəfindən qorunmasına son qoyulub.

Yenipress.az Ovqat.com-a istinadən xəbər verir ki, Talıbovun evinin dövlət əhəmiyyətli obyekt kimi mühafizəsi dünəndən dayandırılıb.

Bildirilir ki, Vasif Talıbovun malikanəsi indiyədək 9 polis tərəfindən növbəli şəkildə mühafizə olunurmuş. Hər 2 gündən bir 3 polis əməkdaşı növbə dəyişirmiş.

Dünəndən isə Ali Məclis sədrinin evinin qarşısındakı polis postu ləğv olunub. Evin qarovulçuları dünən Naxçıvan şəhər Polis İdarəsinin Post-Partul Xidmətinə çağırılıb və onlara artıq qanuni iş yerlərinə qayıtmaları barədə göstəriş verilib. Qarovulçu polislərini heyrətləndirən bu əmr Post-Patrul Xidmətinin komandiri Hümbət Allahverdiyev tərəfindən rəsmən elan olunub.

Xəbər xətti