Aksiyaçılar Ermənistanın absurd təklifinə “yox” dedi

GÜNDƏM bölməsi

10:40 - 16 Dekabr 2022

 Aksiyaçılar Ermənistanın absurd təklifinə “yox” dedi

Rus sülhməramlılar, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə Laçın yolunun açılması üçün aparılan danışıqlar nəticəsiz qalıb. Ruslar hazırki hadisələrin həll yolunun tapılmasında çox maraqlı olduqları üçün Ermənistan tərəfini güzəştə getməyə çağırıblar. Erməni tərəfi Bakıya təklif edib ki, əgər Laçın yolunu açsalar, onlarla  birlikdə kiçik bir qrup monitorinq üçün Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına  baş çəkə bilərlər.

Yenipress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Rusiya sülhməramlılarına yaxın mənbəyə istinadən məlumat yayıb.

“Bir gündən çox müzakirə aparılıb. Azərbaycan separatçılarla  danışıqlardan imtina edib: “Əvvəlcə monitorinq keçirilsin, sonra Laçın yolu açılacaq”. Erməni tərəfi isə bundan imtina edib”, - məlumatda deyilir.

Mənbə qeyd edib ki, böyük ehtimalla aksiya tezliklə bitməyəcək.

Zeynəb

Xəbər xətti


Digər xəbərlər