Paşinyan Laçın dəhlizi ilə bağlı bu suala cavab verə bilmədi

DÜNYA bölməsi

10:29 - 16 Dekabr 2022

 Paşinyan Laçın dəhlizi ilə bağlı bu suala cavab verə bilmədi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri ilə qapalı görüş keçirib.

Yenipress.az xəbər verir ki, bu barədə “Armlur.am” yazıb.

Görüş zamanı Laçın dəhlizinin bağlanması müzakirə olunub.

Maraqlı məqam isə Paşinyanın deputatların dəhlizin nə zaman açılacağına dair suallarına cavab verə bilməməsi olub.

O bildirib ki, müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq təşkilatlarla təmasda olsa da, onlardan heç biri dəhlizin açılmasına zəmanət vermir.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər