Mehdiyev niyə istefa vermədi? - Rəsmi cavab

TOPLUM bölməsi

13:05 - 9 Fevral 2022

 Mehdiyev niyə istefa vermədi? - Rəsmi cavab

Bir neçə gündür xəbər saytlarında fevralın 8-i AMEA-nın Rəyasət Heyətinin iclasının keçiriləcəyi və qurumun prezidenti Ramiz Mehdiyevin istefa verəcəyi ilə bağlı məlumatlar yazılır.

Yenipress.az xəbər verir ki, bu barədə Axar.az-a AMEA-nın İnformasiya şöbəsindən verilən açıqlamada deyilib ki, yayılan bütün xəbərlər dezinformasiyadır:

“Fevralın 8-i Rəyasət Heyətinin iclasının keçirilməsi ilə bağlı qərar olmayıb. Belə bir toplantı olmayacaq. Saytlar özləri bu cür məlumatlar yazırlar. Bizim tərəfimizdən rəsmi olaraq iclas keçiriləcəyi və ya təxirə salınması barədə informasiya verilməyib. Ramiz Mehdiyevin istefa verəcəyi ilə bağlı məlumat da dezinformasiyadır. Belə bir şey yoxdur”, - açıqlamada bildirilib.

Xəbər xətti


Digər xəbərlər