Eynulla Fətullayev Feyziyevə qarşı tədbirdən imtina etdi

GÜNDƏM bölməsi

09:00 - 7 Fevral 2022

 Eynulla Fətullayev Feyziyevə qarşı tədbirdən imtina etdi

“Haqqin.az” və “Virtualaz.rog” saytlarının təsisçisi Eynulla Fətullayev “Yeni Müsavat” media qrupunun ofisində bu gün təşkil olanacaq toplantıya qatılmayacağını bəyan edib.

Yenipress.az xəbər verir ki, E.Fətullayev bu barədə sosial şəbəkə hesabında yazıb.

“Mən bir həqiqəti anladım ki, Azərbaycan jurnalisti kiçik polis çavuşundan da hüquqsuz və rəzil durumdadır. Ona görə də sabah "Yeni Müsavat”ın redaksiyasına gəlməyəcəm. Jurnalistlərə təmkinlik və aqibət arzu edirəm...  Var gücümlə çalışacam ki, övladım böyüyəndə polis olsun. Və bu cəmiyyətdə ləyaqətli yaşasın”, - E.Fətullayev qeyd edib.

Xatırladaq ki, Eynulla Fətullayev bundan öncə polis çavuşunu təhqir edən deputat Eldəniz Səlimov olayından çıxış etmişdi.

“Deputat Eldəniz Səlimov bir polisi təhqir etdi və həbs edildi. Deputat Cavanşir Feyziyev 18 jurnalisti təhqir edib. Yəni bu məmləkətdə bizim polis çavuşu qədər də hörmətimiz olmadı? Yoxdursa, deyin bilək!” – Fətullayev yazmışdı.

Belə görünür ki, E.Fətullayev C.Feyziyevin cəzalanma ehtimalı olmadığı üçün “Yeni Müsavat” media qrupunun ofisində təhqir olunan jurnalistlərin toplantısına qatılmaqdan imtina edib.

Qeyd edək ki, “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu təhqir edən jurnalistləri ofisinə dəvət edərək, birgə fəaliyyət təklif edib.

Xəbər xətti


Digər xəbərlər