Cəmil Həsənlidən şok iddia: Soros Fondunun Bakıdakı maliyyə direktoru bu nazir idi

GÜNDƏM bölməsi

21:40 - 6 Fevral 2022

 Cəmil Həsənlidən şok iddia: Soros Fondunun Bakıdakı maliyyə direktoru bu nazir idi

Xaricdə yaşayan və Azərbaycan hakimiyyətinə qarşı kəskin mövqedə duran professor Cəmil Həsənli inanılmaz iddia ilə çıxış edib.

Yenipress.az xəbər verir ki, o, Soros Fondunun, yəni Açıq Cəmiyyət İnstitutunun Azərbaycanda maliyyə direktoru vəzifəsini “uzun müddət” hazırkı iqtisadiyyat naziri Mikayıl Cabbarovun daşıdığını iddia edib.

Onun sözlərinə görə, Cabbaov bilavasitə Nyu Yorkdakı Baş Ofisdən Bakı Ofisinin maliyyə direktoru kimi əmək haqqı alıb, proqramların maliyyələşməsin əlaqələndirib, Soros şəbəkəsinin içində yetişib.

C.Həsənli Soros Fondunda çalışan bir çox şəxsin hazırda Azərbaycan hakimiyyətində yüksək vəzifələrdə təmsil olunduğunu da bildirib.

Eyni zamanda o, burda heç bir pis bir şey görmədiyini vurğulayıb. Qeyd edib ki, o özü də Soros Fondunda çalışıb:

“Mən də bir müddət Açıq Cəmiyyət İnstitutunun Bakı Ofisində ictimai əsaslarla İdarə Heyətinin üzvü olmuşam və öz ərizəmlə onların aylıq mükafat (və ya qonorar) kimi verdikləri 200-250 dollar vəsaitdən imtina etmişəm”.

C.Həsənlinin fikrincə, Soros Fondu və yaxud Açıq Cəmiyyət İnstitutunda işləmək heç də problem deyil, sadəcə, hazırda Azərbaycan hakimiyyətinin Sorosa və onun fonduna pis münasibətinin səbəbi aydın deyil.

Qeyd edək ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun Açıq Cəmiyyət İnstitutunun Bakı Ofisinin maliyyə direktoru olması barədə onun tərcümeyi halında heç nə göstərilməyib. M.Cabbarovun tərcümeyi-halında yazılır ki, 1976-cı il təvəllüdlü nazirimiz 19 yaşından – 1995-ci ildən bank sektorunda çalışıb, 1999-2002-ci ildə isə özəl sektorda hüquqşünas işləyib. 2002-ci ildən isə Mikayıl Cabbarovun hökumətdə təmsilçiliyi başlayır: əvvəlcə iqtisadi inkişaf nazirinin müşaviri, daha sonra isə müavini, “İçərişəhər” qoruq idarəsinin rəhbəri, təhsil, vergilər və iqtisadiyyat naziri...

M.Cabbarov ixtisasca hüquqşünasdır, BDU-da və ABŞ-ın Koliforniya ştatında Pasifik Universitetinin Makcorc hüquq məktəbində oxuyub. Yəni özəl sektorda çalışdığı zaman hüquqşünas olub və onun Açıq Cəmiyyət İnstitutunda maliyyə direktoru olması mübahisəlidir.

M.Cabbarov yalnız 2004-cü ildə İqtisad Universitetində iqtisadiyyat üzrə magist dərəcəsi alıb. Həmin vaxtda isə artıq hökumətdə təmsil olunurdu və onun hansısa QHT-də maliyyə direktoru olması mümkün deyildi.

Xəbər xətti


Digər xəbərlər