Dünən nəvəsinə toy etdi, bu gün iynədən şoka düşüb öldü

TOPLUM bölməsi

16:42 - 11 Noyabr 2022

 Dünən nəvəsinə toy etdi, bu gün iynədən şoka düşüb öldü

Ağsu rayon sakini həkimin vurduğu iynədən sonra vəfat edib.

Yenipress.az Unikal-a istinadən xəbər verir ki, bu barədə onun qohumları məlumat verib.

Bildirilib ki, Rafiq Eminov bu gün səhər boğazında yaranan problemlə bağlı Ağsu rayon Mərkəzi Xəstəxanasına gedib. Həkimin vurduğu iynə onu şoka salıb, bundan sonra sözügedən şəxs dünyasını dəyişib.

Hazırda meyit müayinə olunur. Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, qohumları mərhumun dünən sağlam vəziyyətdə nəvəsinin toyunda iştirak etdiyini bildirib.

Xəbər xətti