Azərbaycan Ordusu bu dəfə İrəvana girəcək - Akopcanyandan şok

SİYASƏT bölməsi

17:55 - 10 Noyabr 2022

 Azərbaycan Ordusu bu dəfə İrəvana girəcək - Akopcanyandan şok

Ermənistan tam olaraq hazırda Kremldən asılı vəziyyətdədir – sərhədlərimizdə rus ordusu, hakimiyyət dairələrində rusmeyilli kuratorlar, Gümrüdəki hərbi baza və ən əsası, iqtisadi asılılıq.

Yenipress.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Razmik Akopcanyan deyib.

“Moskva bundan istifadə edərək hazırda yeni oyun oynayır. Bizə işarə edirlər ki, guya “Qarabağ məsələsi hələ də müzakirə mövzusu ola bilər”. Yəni ermənilər Amerikanı yox, Rusiyanı seçsə, guya bu məsələyə yenidən baxıla bilər.

Qarabağ məsələsi bağlanıb, bunu artıq qəbul etməliyik. Azərbaycan Ordusu artıq bütün strateji əhəmiyyətli yüksəkliklərə nəzarət edir - Qafandan İstisuya qədər. Yeni müharibə bizim üçün əsl fəlakət olacaq. Azərbaycan Ordusu bu dəfə İrəvana qədər girəcək. Qarabağ söhbəti bitdi! Heç kim bu məsələdə bizə kömək ola bilməz. Bu, sərt reallıqdır. Onu inkar edən, revanşizmdən danışan hər kəs yalançı və təxribatçıdır”, - deyə o qeyd edib.

Xəbər xətti


Digər xəbərlər