Bakıda dəhşət: 2 azyaşlı qardaş siçan dərmanını "Jelibon" bilərək yeyib öldü

TOPLUM bölməsi

16:52 - 10 Noyabr 2022

 Bakıda dəhşət: 2 azyaşlı qardaş siçan dərmanını

Bakıda dəhşətli hadisə baş verib.

Yenipress.az Manset.az-a istinadən xəbər verir ki, Bakının Ramana qəsəbəsində azyaşlı iki qardaş siçan dərmanı yeyərək ölüb.

Hadisə baş verən evin qonşuları bildirib ki, 5 yaşlı şərti adı E.Ə və 3 yaşlı şərti adı O.Ə olan uşaqlar səhvən siçan dərmanını “Jelibon” bilərək yeyiblər.

Şahidlərin sözlərinə görə, ailənin iki uşaqdan başqa övladları olmayıb. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş.

Bildirək ki, həmin dərmanın daxili orqanları dağıtmaq xüsusiyyəti var.

Xəbər xətti


Digər xəbərlər