Putin G20 sammitində iştirak etməyəcək

DÜNYA bölməsi

09:45 - 10 Noyabr 2022

 Putin G20 sammitində iştirak etməyəcək

İndoneziya hökuməti Rusiya Prezidenti Vladimir Putinin G20 sammitində iştirak etməyəcəyini təsdiqləyib.

Yenipress.az xəbər verir ki, bu barədə İndoneziyanın dəniz və investisiya məsələləri üzrə naziri Codi Maxarada deyib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov onlayn formatda rəhbərlik edəcək.

Qeyd edək ki, G20 sammiti noyabrın 15-16-da İndoneziyanın Bali adasında baş tutacaq.

Xəbər xətti


Digər xəbərlər