İtaliyada güclü zəlzələ baş verdi

DÜNYA bölməsi

17:55 - 9 Noyabr 2022

 İtaliyada güclü zəlzələ baş verdi

İtaliyanın Rimini sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Yenipress.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Episentri Riminidən 63 kilometr aralıda olan zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığı bildirilib.

Zəlzələ paytaxt Roma, Toskana, Pesaro, Florensiya və Boloniyada da hiss olunub. Marche bölgəsində dağıntılar və binalarda çatlar qeydə alınıb. Bölgədə qatarların hərəkəti dayandırılıb, Ankonada isə məktəblərdə tətil edilib

İnsan tələfatı, xəsarət alan və ya maddi ziyan barədə məlumat verilməyib.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər