Əliyevin çıxışına İrandan maraqlı reaksiya

GÜNDƏM bölməsi

11:46 - 9 Noyabr 2022

 Əliyevin çıxışına İrandan maraqlı reaksiya

İran Ermənistanla Azərbaycan arasında ikitərəfli və üçtərəfli formatda problemlərin həllinə töhfə verməyə hazırdır.

Yenipress.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kənani deyib.

“Bizim prinsipial siyasətimiz mehriban qonşuluğa və bütün qonşularla münasibətlərin genişləndirilməsinə əsaslanır və qonşu ilə əlaqələri gücləndirmək o demək deyil ki, bu münasibətlər başqa qonşuya qarşı yönəlib”, - o bildirib.

Onun sözlərinə görə, İran Ermənistan və Azərbaycan respublikalarının ərazi bütövlüyünün qorunmasını və hüquqlara hörmətlə yanaşı, beynəlxalq hüquq çərçivəsində fikir ayrılıqlarının sülh yolu ilə həllini daim vurğulayır: “Ona görə də İran Azərbaycan ərazilərinin işğalını pisləyib və Azərbaycanın torpaqlarının azad olunmasını ən yüksək səviyyədə dəstəkləyib”.

O, Azərbaycan prezidentinin İranın Ermənistanla əlaqələri ilə bağlı son açıqlamalarına da toxunub:

“İki ilə yaxındır ki, Azərbaycan və Ermənistan rəsmiləri İran tərəfindən dəstəklənən daimi sülh və barışıq yolunda müxtəlif siyasi, hərbi və təhlükəsizlik səviyyələrində ikitərəfli və çoxtərəfli görüşlər keçirirlər, lakin Bakının qonşuluq görüşlərindən qorxmasının səbəbləri aydın deyil”.

SEPAH-ın Ermənistan və Azərbaycan sərhədlərində keçirilən təlimləri barədə danışan diplomat onların əvvəlcədən planlaşdırıldığını deyib və bu barədə hər iki qonşu dövlətə rəsmi kanallar vasitəsilə öncədən məlumat verildiyini bildirib.

Onun sözlərinə görə, Qafqaz problemlərinin həlli yolu regiondankənar qüvvələrə müraciət etməklə deyil, region ölkələrinin paytaxtlarından keçir.

O əlavə edib ki, İran Azərbaycan və Ermənistan arasında müxtəlif formatlarda, o cümlədən ikitərəfli, üçtərəfli, o cümlədən Cənubi Qafqazın üç ölkəsinin iştirak etdiyi 3+3 əməkdaşlıq mexanizmində həllini tapmayan məsələlərin həllinə töhfə verməyə hazır olduğunu bir daha bəyan edir.

Qeyd edək ki, İran Zəngəzur dəhlizinə qarşı çıxır və Ermənistanın daxili işlərinə qarışaraq, İrəvanın 10 noyabr bəyanatının müddəalarını yerinə yetirməsinə imkan vermir. Buna görə Azərbaycan sərhədinə ordu yığıb, təlim keçirməklə hədələyir, Qafanda təmiri başa çatmamış binanı konsulluq adı ilə tələsik istifadəyə verir, Zəngəzur dəhlizini “Ermənistanın ərazi bütövlüyünün pozulması” kimi gülünc iddia ilə pərdələyir və “Ermənistanın ərazi bütövlüyünü” İranın qırmızı xətti adlandırmaqla, İrəvanın təxribat xarakterli hərəkətlərinin arxasında dayandığını birbaşa görüntüləməkdən çəkinmir.

Xəbər xətti


Digər xəbərlər